Liviyaya NATO girib, Yaponiyaya radiasiya girib, NATO-nun özünə də Rusiya girib ki, "nə var Liviyaya girmisən?"... Yazını Hollivud filmləri kimi başlamağımın səbəbi qısaca dünyadakı vəziyyəti təsvir etməkdi. Sağ olsun, Tuitır sayəsində qısa və nisbətən ağıllı yazmağı öyrənməkdəyəm. Tuitırdan söz düşmüşkən, bu mərətin adı ingiliscədə "Twitter" yazılır, amma həyatımdan mərc girirəm ki (mən də belə girdim), bizim dilimizdə "Tuitır" kimi yazılmalıdır.
Beləliklə, ortada girməyən, girilməyən, neytrallıqda İsveçrəyə dərs keçən bir ölkə varsa, o da bizik! Biz deyəndə, məhlə uşaqlarını demirəm - bütün ölkəni nəzərdə tuturam.
Yadımdadı, İlahm Əliyev prezident olanda - seçiləndə demirəm, biz nə karəyik ki, onu seçək?! O bizi seçib! - əlqərəz, inaqu... andiçmə mərasimində demişdi ki, "mən hər bir azərbaycanlının prezidenti" olacam. Düzü, mən bilmədim, prezident "54 milyonluq azərbaycanlı" deyilən qeyri-müəyyən bir qövmün prezidenti olduğunu, yoxsa 8 milyonluq azərbaycanlıya "yesəz də, yeməsəz də, prezident mənəm, başqasını axtarmayın" demək istəyirdi. Hər halda ikinci olar; ona görə ki, birincisi beynəlxalq hüquq normalarına ziddir, ona İranın Azərbaycan vilayətlərindən səs verməyiblər axı?! 30-40 milyon belə getdi... Amma Əgər MTN orda gizli səsvermə keçirdibsə, bu başqa məsələ... bəlkə də keçirdib. Yadımda, bir xeyli müxalifətçi özünü cırırdı