|
sənə də bir quş |
2010 getdi! Ura! Zəhmətkeş xalqımızı təbrik edirəm. "Bəxt üzüyü"nün üzük itən hissəsini verirlər. Ona görə yazım optimist alınmasa, günahı kinoda bilin. Açığı, anlamıram ki, niyə xöşbəxt olduğumuz bu dönəmlərdə nəyə görə bu kinonu verib qanımızı qaraldırlar. Yanlış anlamyın - bu kino ən çox xoşladığım kinolardandı, amma bu kinonun bəzi səhnələri çox ağırdır. Bizim "zəhmətkeş, optimist nəsl"ə belə kinolar yaraşmır. Bəs nə? Bizim o ucalıqda bayrağımız var! O bayraq kinodan kadrları görər, elə bilər ki, indi də elə yaşayırıq. Tüpürməzmi üzümüzə? Məncə tüpürməz, çünki o kadrları görə bilməz. Görə bilməz, çünki çox hündürdədi. Heç dibində dayanan adamı görə bilməz. Onu qaldırıb buludlardan yuxarıya qoyublar ki, aşağını görməsin. Amma ordan tüpürəsi olsa, o hündürlükdən düşən tüpürcək adamı o dünyalıq edər. Bunu elə-belə yazdım, əgər bulud aşağıdakı inkişafı görsə, sevincindən ağlayacaq.
Moşu Göyəzənli "xoşbaxlıx" sözünə qafiyə tapa bilmir. (Qafiyə mümkündü: "Bədbəxtlik"!) Niyə? Çünki xöşbəxtlik analoqsuz məfhumdu. Bizim də analoqumuz olmadığı üçün, deməli, biz xöşbəxtik - hünərin var, inanma. Varoluş (eqzistensializm) nəzəriyyəsinə görə insan özünü türmədə azad hiss edə bilər. Gör e, o boyda nəzəriyyəni nə günə qoydum! Mövzunun ipini itirməyim; Demək istəyirəm ki, bizim xöşbəxtlik ruhani bir həzzdir. Bu həzzi tutmaq istəyirsənsə, gərək ona sidq ürəkdən inanasan. Məsələn, bir igidin ayı basması ilə bütün oba fəxr edib qürurlana bilər, ayrılıqda heç kəsə xeyri yoxdu, amma ümumilikdə nəsə zırpı bir şeydi. Bu baxımdan da əgər bir körpü inşa edilirsə, o körpüdən nə qədər pul yeyiblər, o körpü orda lazımdırmı suallarıyla özüvü yormağın mənası yoxdu. Sən sidq ürəkdən inanmalısan ki, söhbət (yəni layihə) tam səmimi şəraitdə, halallıqla baş tutub. Eynən mənim kimi.
P.S. Əslində xoşbaxlığa uyğun şeir yazmaq olar - mərcə durub, "Mehtər babamın inqilabı" poemasını yazaram. Amma lazım gəlsəydi, qafiyəni ssenarist tapardı. Lazım gəlmədi, nə o vaxt, nə indi.