Doğrusu, bu tip xəbərləri oxumaqdan yoruldum. Ermənilər M.Brayzanın qarşısını kəsib, yaxud M.Brayza ermənipərəst senatoru necə susdurdu və s. ABŞ sanki böyük bir millətlər toplusudur və hər millət bu superdövləti öz marağında işlətməyə çalışır. Əslində, bu görüntüdür... yoxsa, deyil?
Amerikada məşhur bir ifadə var : "We are a nation." Yəni ki, biz - Avropalıların, yerli Amerikalıların, Afrikalıların nəsli artıq elə qarışmışıq ki, bizi ayırmaq olmaz və "biz bir xalqıq". Lakin bəzi millətlərin nümayəndələri Amerikada doğulsalar belə onlar Amerikanı öz vətənləri görmürlər. (Mən bunun düzgün olub-olmadığını yazmayacam.)
ABŞ-da 3 etnos xüsusilə seçilir: Yəhudilər, yunanlar və ermənilər. Əlbəttə, çinlilər, meksikalılar və hindistanlılar sayca çoxdurlar, lakin bu üçlük öncəki üçlükdən siyasi təsir rıçaqlarına görə geridə qalır. Hələ çinli və hindistanlı anlayışının millət anlayışına uyğun gəlmədiyini bir kənara qoysaq.
Etnoslardan, millətçilikdən danışarkən, nədənsə, həmişə Hitleri xatırlayıram. O yazırdı ki, nüfuzlu qəzetlərdə yazılan məqalələrin kimlər tərəfindən yazıldığına da diqqət etmək lazımdır (ola bilər ki, kimsə mənə XX əsr diktatorundan misal gətirməyi qəbahət görər). Məqalələrin obyektivliyinin dəyərləndirilməsi, yazı müəlliflərinin lobbilərə yaxınlığı prizmasından yanaşılmalıdır. Yuxarıdakı linkdə olan xəbərə əsaslansam, məncə, Wall Street Journal daha çox amerikan maraqlarından çıxış edir, nəinki Los-Angelos Examiner, yaxud Washington Times. Amerikada yaşayan yəhudilər, yunanlar, ermənilər öz maraqlarını Amerika maraqları kimi qələmə verməyə cəhd edirlər. Bu daha çox yəhudilərdə alınır. Səbəbsə, sadədir: Yəhudilər böyük məbləğdə vergi ödəyicilərdir və əslində ABŞ-ın onları nəzərə alması düzgündür. Amma digər iki etnik azlıq sadəcə seçici səsi qüvvəsinə malikdirlər. Bununla onlar konkret senatorlara təsir edə bilirlər. Əslində M.Brayza Amerika marağını Güney Qafqazda təmsil edə biləcək ən uğurlu namizəddir. Qəribə bir fakt daha var. M.Brayzanın xanımı Zeyno Baranın türk olması erməniləri təşvişə salıb. Ancaq Zeyno Baran Azərbaycanda kürd kimi tanınıb. Yəni, Zeyno xanım nə bizi qane edir, nə erməniləri. Ermənilər M.Brayzanın pro-türk olmasına görə deyil (onlar bilirlər ki, Brayza əslində neytraldı), ermənipərəst OLMAMASINA görə səfir gəlməsinə əngəl törədirlər. Real dəyərləndirmədə, Brayzanın səfir kimi təsdiqi bizə heç nə vermir - biz sadəcə heç nə itirmədiyimizə sevinəcəyik...
Bizim siyasətin durumuna bax: Ermənilər başqalarını öz yanlarında görmək üçün mübarizə aparırlar, bizsə həmin o "başqaları"nı neytral mövqeyə gətirmək üçün! Nə vaxtsa, tərs vəziyyət olsa, onda diplomatik qələbədən danışmağa dəyər. Belə də isə vəziyyət "diplomatik atəşkəs" kimi (məğlub olmadıq, qələbə də qazanmadıq) bir şeydi...
No comments:
Post a Comment