İnsan özünü nə qədər tərifləyər?! Axı niyə mən hər universitetə yazmalıyam ki, mən belə istedadlıyam, mənim belə qabiliyyətim var, filan-filan oyunlardan çıxıram?! Belə də dərd olar?! Mərdi qova-qova namərd edirlər. Gül kimi təvazökar oğlan idim... indi bu "Statement of Purpose", nə bilim, "Personal Statement" və daha hansı kliçkalarla məşhur olan esseni yazmaqdan öz gözümdə də böyümüşəm - şar kimi! Hələ bunları yazandan sonra bir-iki universitetə otval filan da vermişəm; gedin, mənə layiq olanda gələrsiz, fikirləşərəm. Əvvəllər özümü tərifləməyə heç nə tapmırdım, əslində elə indi də təriflənəsi bir şeyim (o qədər də yox) yoxdu. Amma tədricən, başqalarının yazdığı esselərə baxdım (İnternet sağ olsun), məsləhət aldım, məlum oldu ki, bir çox mənasız şeyi xüsusi istedad kimi göstərmək olur! Hələ bu nədi ki! Tövsiyə məktubu alanda, daha çox xəcalət çəkdim. Çox az müəllim tapılar ki, tövsiyə məktubunu özü şəxsən və hər tələbə üçün fərqli yazsın - bu sarıdan bəxtim çox gətirdi. Prinsip budur: yaz gətir, altından imzalayım. Gərək mən gedim, özümü o ki var tərifləyim, müdərris də imzalasın. Yaxın tanışlarım bilir, qəşəng fantaziyam var, xüsusən də, başqasına elə tərif deyə bilərəm ki, özünü yenidən kəşf edə bilər (amma demirəm). İş ki gəldi özümə, arxım quruyur. Özümü tərifləmək qədər heç nə məni öz gözümdə alçaltmır. Ziddiyyətli olsa da, təvazökarlıqdan da zəhləm gedir. Əslində burda ziddiyyətdə yoxdu; Necə ki, tərif böyüdür, əksinə olaraq da, təvazö kiçildir. Qızıl Orta - həqiqət ən yaxşısı deyilmi?
Əşi, nəysə... gecə-gecə mövzu tapdım yazmağa...
P.S. Amma başınıza gəlsə, bir də oxuyun bu yazını.
1 comment:
Lev tolstoyun maragli bir fikri var..O, deyirdi ki, insanin deyeri adi kesrin deyerine benzeyir..Mexrecde ozune verdiyi deyer ,suretde ise onun real (absolute) deyeri..Indi bax,mexrec ne geder boyuk olsa, kesrin qiymeti de bir o geder ashagi olar..
No comment.
Duzdur bunlar menide qiciqlandirir.Amma bu praqmatik olan Amerikan texnologiyasidir..mene herden hele gelir ki,,bu amerikanlar robotdu..
Post a Comment