Google Website Translator Gadget

Thursday 6 January 2011

Gic müsəlman...

Rəhmətlik Sabir o vaxtı yazmışdı ki, "harda müsəlman görürəm, qorxuram". O vaxt müsəlmanın nə terroristi var idi, nə ekstremisti, nə də daha nə bilim nəsi... Amma o vaxt da qorxurdu. Uzaqgörən adam olub. Müsəlmanların halına baxıb, görüb ki, təhsili, savadı bu gündə olan bir qövmün gələcəyi necə ola bilər. Oldu da. Kim nə istəyir desin, amma mən "İslam terroru" termini ilə razıyam. Qardaşım, terrorçunu motivi İslamla əlaqəlidir, terrorçunun özü də müsəlmandı, mən olmayım, sən ol, buna nə ad verəcəksən? Özbək terroru?!
"Adın çıxınca, canın çıxsın" boş yerə deməyiblər - yox, bu ifadənin "İslam terroru"na dəxli yoxdu, onu lap yerində deyiblər. Amma bu kamikadze sözü var ha... dəhşətdi. İkinci Dünya Müharibəsi dövründə özlərini düşmənin hərbi gəmilərinə çırpan qəhrəman pilotların adını indi üstünə bomba bağlayıb arvad-uşaq öldürən terroristlərə veriblər. Özü də bu haqsızlığı bizim mətbuatda edirlər: "terrorçu-kamikadze". İngilisdilli mətbuat "suicide bomber", rusdilli mətbuat isə "террорист-смертник" ifadəsini işlədir.

"Əsl İslam elə deyil!" Yaxşı, əgər bir kitabı oxuyub min yerə fırlatmaq mümkündüsə, onda niyə bu kitab qadağan olunmur?! Axı, bu bıçaq kimi bir şeydi, gərək onu uşaq əlinə verməyəsən! Əlavə olaraq; deyək ki, bu kitab elə bir kitabdır ki, burdan heç bir mənfi nəticə hasil etmək mümkün deyil - çox əla! Bəs niyə onda müsəlmanlar bu gündədirlər?! Bu gün biz g*tüzü cırırıq ki, dünya Qarabağ münaqişəsinə xristian prizmasından baxır - halbuki, bu qətiyyən belə deyil, amma özümüz ərəb-İsrail qarşıdurmasına məhz müsəlman nöqteyi-nəzərindən baxırıq! Noooldu ala sənin ədalətin?! Hazırki iqtidara bütün ruhumla müxalif olan bir adam kimi deyirəm: "İlham Əliyevin (və yaxud onun əvəzindən kiminsə) yürütdüyü İsrail-Azərbaycan siyasəti dəstəkləyirəm və bu yolda ona yeni-yeni uğurlar arzulayıram!" - tam səmimiyəm. Yadınızdadırsa, "van minit" söhbətindən sonra ABŞ-da erməni "soyqırımı" məsələsi ortaya atıldı. Düzdü, bu zibil həmişə olub orda, amma bu qədər kəskin olmamışdı. Təkcə Nyu-Yorkun 6 milyon yəhudisi var! Bu adamların da hamısı, toda lael, varlı-hallı adamlardır. Bunlar ABŞ dövlətinə vergi ödəyirlər və haqları var ki, onların istəkləri nəzərə alınsın. Əsl dövləti onun vətəndaşları yönəldər; ABŞ-ın da ən aktiv vətəndaşları yəhudilərdir. İndi sən durub o boyda kişinin üstünə qışqır, sonra da gözlə ki, bunlar gəlib səndən üzr istəyəcəklər; deeee gələ! Türkiyənin bütün Yaxın Şərq planlarının içinə elədi Teyyub oğlu Rəcəb! Buna qədər hamı güman edirdi ki, Türkiyə İran-İsrail və İran-ABŞ münasibətlərini düzəltməkçün vasitəçi olacaq. Əslində o vaxt bu mümkün idi. Amma bu gic müsəlmanın ortalığı toz dumana qərq eləməsi, Türkiyəni Qərbin gözündə ikinci İrana çevirdi. "Van minit"ə qədər Ərdoğanın bir müsəlman olaraq oruc tutması, cüməyə getməsi filan hamısı mənə maraqlı görsənirdi. Ancaq bu adam şəxsi əxlaqını siyasətə sırımağa başladığı andan türk siyasəti fiaskoya uğradı. Hə, əlbəttə, acından ölən ərəblərin, afrikalıların hörmətini qazandı - amma unutmayaq ki, Osmanlı sultanları xəlifə idilər, amma ingilislər Osmanlıya hücum edəndə, ərəblər xəlifəliyə də tüpürdülər, din birliyinə də.
Əminə Ərdoğan Fələstin uşaqlarına ağlayır. Deyən lazım, sən ağlayanda onları dirilir?! Yoxsa, münaqişənin qabağını ala bilirsən? Amma əgər "van minit" olmasaydı, İsrail-Fələstin məsələsində də Türkiyə böyük rol oynayardı. Bəlkə də bu münaqişənin həlli Türkiyənin missiyası idi... Onsuz da tarix boyu müqəddəs torpağı zibildən türklər arındırıb. Müsəlmanlara xeyir vermək adıyla görə biləcəyi nə qədər böyük işlərin qabağını aldı Ərdoğanın populizmi... gic müsəlman! Amma nə yaxşı ki, Türkiyədə hələ demokratiya tapdanmayıb. Ümidim var ki, Ərdoğanı da Ərbakanın yoluyla göndərəcəklər. Hətta könül istərdi ki, Menderesin yoluyla göndərsinlər.
P.S. Din dövlət səviyyəsinə qaldırılmalı bir şey olsaydı, bunu Mustafa Kamal Atatürk edərdi.

No comments: