Google Website Translator Gadget

Sunday 27 March 2011

Мир-dən bixəbər şahin

Ayanesə baxırdım. Mirşahinə. Daha doğrusu Mişahinin.... süjetinə. Qərara aldım ki, ona 7-ci sinin coğrafiya kitabını hədiyyə edim. Şərəf-ləyaqət bağçasından da bir səbət nübar göndərəcəm.
Səbəb: Yaponiyadakı zəlzələni göstərir. Çox gözəl. Əminəm ki, o zəlzələ Çində olsaydı, ölü sayı milyonlarla ölçüləcəkdi. Amma gör, Mir...şahin nə deyir: Zəlzələ təkcə Yaponiyada qeydə alınmayıbmış... Hər gün hardasa, yeraltı təkanlar baş verir. Okay, harda? Məsələn, İsveçdə! Bəs niyə xəbərlər göstərmir?... Çünki təkanın gücü 3 baldır - Rixter müəlliminkindən başka şkala tanımıram, o üzdən hər dəfə qeyd etməyəcəm. Deməli, 3 bal gücündə yeraltı təkan olur və Mirşahin istəyir ki, İsveç höküməti buna görə fövqəladə hal elan edib, dünyada şüvən qaldırsın, eləmi? Elə! O biri arqument: Daha güclü yeraltı təkanlar Yaponiya ilə eyni zamanda Alyaskanın cənubunda qeydə alınıb. Sən Allah?! Nə qədər güclü? Sənin və ayanes olaraq, hamıvızın... xətrinə deyək ki, Alyaskada da 9 bal gücündə olub. Bəs
niyə ABŞ haray qaldırmayıb? Çünki orda adam yaşamır!!! Sizi nəyin narahat elədiyini bilirəm, Alyaskada adam olmasa da, neft var. Adam yaşasa, bu qədər narahat olmazsız. Amma inanın, zəlzələnin neftə bir elə ziyanı yoxdur - uzaqbaşı xeyri ola bilər. Mən adam yaşamır deyəndə, bir eskimos tutub, üzümə durquzmayın, söhbət, İlqar Mikayıloğlu demişkən, "əməlli-başlı" Amerika çapında (yəni, miqyasında) şəhər infrastrukturu olan sıx yaşayış məntəqəsindən gedir. Alyaska ilə başqa arqument: Yaponiyada və Alyaskada eyni zamanda və eyni gücdə zəlzələ olması, heç də 2012 qlobal faciənin doğruluğuna işarə deyil. Əgər yeddinci sinif coğrafiya kitabına baxsaq, əsl səbəb orda göstərilib. Sakit okeanın altında özü boyda bir plata - tektonik tava var. Bu tava özüyçün silkələnəndə həm o başında, həm bu başında zəlzələ olur. Onun "o başı" əgər Yaponiyaya düşürsə, "bu başı" Alyaskaya düşür. Başqa başları da var, baxsaydın, orda da zəlzələ olduğunu görərdin və bəlkə bunları da efirə verib özüvü bir az da biabır edərdin. Amma "seyid prefiksi" sənə bir az kömək olub - ziyanın yarısından qayıtmısan. İncimə, amma sənin bizi 2012 ilə qorxutmağın, üstəlik burda zəlzələ faktorundan istifadə eləməyin fuflo çıxdı...
Amma əgər... 2+2 beş eləsə, paralel xətlər kəsişsə və sənin dediklərin düz olsa, onda deməli 2012-də dünya dağılacaq. Hesab edək ki, mən qoyun kimi sənin zəlzələ barədə dediklərinə inandım və dünyanın dağılacaqlarına görə, başladım bütün nəslimin qəza namazlarını qılmağa (İslamla məzələnmirəm, söhbətdən uzaq düşməyək). Axı sən reportajda, yaxud süjetdə... hər nə zibildisə... deyirsən ki, dünya dağılır və bunun fonunda istənilən siyasi mübarizələr, inqilablar çox xırda görünür. Yəni ki, iki il də dözün, onsuz da öləcəyik - lap İsveçrə demokratiyası qursaq da öləcəyik, analoqsuz diktaturamızda qalsaq da öləcəyik (xiyar məsəli). SƏN belə deyirsən. Gör, MƏN nə deyirəm: Bizim Cəbiş müəllim kinosunda deyildiyi kimi, olmaz ki, biz dünyanın dağılmağını şərəfli millətlər sırasında müşahidə edək? O biri dünyada Tanrı bizim millət olaraq üzümüzə tüpürməz ki, ay soyu kəsilmişlər, 5 mlrd ildi Yer var idi, bir 1 mlrd il də insan var idi Yer üzündə. Ay bədbəxtlər, milyard ilin sonunda bu dövlətlə gəlmisiz üstümə?!!! Ala, raz ki, ölmək ölməkdi, onda ha 2012-də öldüm, ha 2011 də öldüm - az fərq edər. Əgər 2012-də bu sistemin vətəndaşı olaraq o biri dünyaya perevod alacamsa, ondansa çıxıb parlamentin qabağında yandırım... özümü yox, sizi! Bu ölkədə özünü yandıran çox olub onsuz da, hansına fikir veriblər...
Yəni, sən qaş qurduğun yerdə vurub göz çıxardırsan. Camaatı yatırtmaq istəyirsən, amma istənilən halda bir ilə oyunun bitəcəyini və bizim hələ də bu sistemdə yaşadığımızı düşünən adamın gözünə yuxu getməz. Üstəlik o, ayrı vaxtı rahat yatanların da yuxusunu ərşə çəkər.
P.S.Yatdırmaq üçün ən səmərəli yol muğama qayğı göstərməkdi. Muğam kimi yastıq yoxdu...

No comments: