Google Website Translator Gadget

Friday 10 December 2010

Bayramınız mübarək!

Bu gün insan hüquqları günüdür! Ura! Təbrik edirəm! Neçə belə.... 
http://www.azadliq.org/content/article/2244300.html
Paradoksal bir vəziyyət alınıb, öz haqlarını tələb edənlərin aksiyası polis tərəfindən dağıdıldı. Amma mən sevinirəm; Sevinirəm ki, bu ölkədə öz haqqını tələb edən, quyruğu tapdananda cınqırı cıxan bir kəsim var. Söhbət dindarların baş örtüyü ilə bağlı Təhsil Nazirliyi qarşısındakı aksiyasından gedir. Sonuncu dəfə bu nazirliyin qarşısında belə izdiham nə vaxt keçirilib? Yaxınlıqda yaşayan sakin kimi deyirəm - HEÇ VAXT! Olmayıb belə bir şey! Amma dindarlar gəldilər, sözlərini dedilər, "Mi-sir - ka-fir!" kimi kifayət qədər radikal şüar səsləndirdilər və dağılışdılar. Buna heç dağılışmaq da demək olmazdı, aksiya yürüş formasını aldı. Yolda tıxac olması polisin işini bir xeyli çətinləşdirmişdi. Əlavə qüvvələr gələnə qədər, sadəcə aksiya iştirakçılarının yola çıxmalarının qarşısını alırdılar. Əlavə qüvvələr gələndən sonra isə "girin!" əmri verildi - məhz "girin!" əmri ilə polislər aksiyanı dağıtdılar. Əlbəttə, lüzumsuz polis zorakılığı burda da özünü göstərdi, halbuki,  "girənə" qədər çox mülayim, adam kimi davranırdılar. "Girəndə" isə əsl Koroğlu şücaəti göstərdilər! Polislər öz yerində, amma mən aksiyaçıları təbrik edə bilərəm, onlar həqiqətən həmrəylik göstərdilər - polisin dubinkası, təpiyi altından neçə nəfəri dartıb çıxartdılar. Heç kim, heç nədən çəkinmirdi. Belə şey çoxdandı olmurdu. Əgər mən təhsil ocağına baş örtüyü ilə gəlməyin əleyhinə olmasaydım  (və əlimdə fotokamera olmasaydı), mütləq aksiyaçılara qoşulardım. Bu aksiya hökümətə hədə idi. Kimsə deyə bilər ki, bunları İran təşviq edib. Amma nə dəxli?! Adamların çıxıb etiraz etməyə cəsarətləri və imkanları çatdı. Protest məsələsi gündəmə yenidən gəldi. Maraqlı olan başqa məsələ idi. İranın Səhər kanalı aksiyanı əvvəldən axıra kimi lentə aldı, bəzilərindən müsahibə götürdü. Bizim telekanalizasiyadan isə heç kəs yox idi. Bircə XəzərTV-dən birisi mikrofonla dayanmışdı - amma eləcə seyr edirdi. Xəbərləri izləməkdəyəm - görək hansı kanalizasiya üfunətini bir az azaldıb, real hadisələrdən reportaj hazırlayacaq...
Hələ burda ayrı mətləblər də var; Məsələn, Səhər kanalı gedib dezinformasiya da verə bilər - kim qarantiya verir ki, onlar tam ob yektiv olacaqlar?! Bizim kanallar buna qarşılıq neyləyəcəklər? Səhər qarşı qara PR? Bu üsul ancaq bizim müxalifət üçün  keçərlidir - nəticə də yalnız cahil insanlara hesablanıb. Səhərin verilişlərinin türk dilində yayımlanmasını nəzərə alsaq, effektin nə qədər olduğunu təsəvvür etmək çətin deyil. Bəs, hanı sizin dövlətçilik mövqeyiniz? Niyə başqa ölkənin kanalı sənin ölkəndən reportaj hazırlayır, sənsə yox? Allahın TRT-si də özünü yetirdi... Nəysə... Onsuz da bizim telekanalizasiyanın üfunəti hamıya bəllidir. Sadəcə, bu gün də bir qədər artdığınının şahidi oldum.
Baş örtüyü çox mənasız məsələdir. Mən baş örtüyünə qarşıyam, amma əgər bir kimsə üçün bunun əhəmiyyəti varsa, mən buna hörmət edirəm. Universitetə başıvı örtüb də gəsən, açıb da gəlsən, fərq etməz. Təhsil sisteminin bərbadlığı məsələsi qalıb bir kənarda, tullayıblar ortalığa bir örtüyü! Bu yalnız ictimai fikrin istiqamətini dəyişməkdir.
P.S. Görəsən, bu dindarlarla birləşib bütövlükdə təhsil islahatı tələbi ilə aksiya keçirdə bilərikmi?...
Qeyd: foto Turxan Qarışqaya məxsusdur.

2 comments:

Anonymous said...

Anar chox maragli yazi idi...Gorxdugum bir shey var,,Men cenubda , Imishlide, yashayiram..Burada ise ''dindarlar''in tesiri gun be gun artir. Ola biler ki, gelecekde Iran bu xalgin hal hazir ki veziyyete etiraz arzusunu/hissini bu mecrada inkishaf etdirsin? Cetin sualdir,,mence..Bash ortuyune ise,terfdar deyilem...Butovlukle..

ANAR said...

Mən də baş örtüyünə tərəfdar deyiləm, insan normal geyinsə, yetər. Zatən elmi cəhətdən təsdiqlənib, kişilər üzə baxırlar, bundansa şəhvət duymazlar. Belədə üzü örtməyə nə gərək var? Nizami və Füzulidə bir üzü bağlı qadın obrazı varmı? Yox.
"Dindar"ların təsiri isə cahillikdən artır - təhsil olmayan yeri cahillik işğal edər. Bax, TN-nin əsl günahı məhz budur.