Google Website Translator Gadget

Friday 3 December 2010

Tiranlıqdan Viranlığa!

Ümumi ab-hava yaxşıdı. Turqut bəy parlament seçkisinin heyfini aldı: iqtidara və psevdomüxalifətə necə şapalaq vurdusa, ikisinin də başı hələ hərlənir. Bu hərlənmənin nəticəsidir ki, telekanalizasiyalar Turqut bəy barədə dayanmadan reportaj hazırlayır, onu tənqid etməyə cəhd edirlər. Hökümətyönlü qəzetlərin nə yazdığını isə qeyd eləməyə ehtiyac yoxdu - o qəzetləri bəlkə heç baş redaktorları da oxumur. Mətbəədən birbaşa maklaturaya... (Yeri gəlmişkən, ağacı belə şeyə sərf etdiyinizə görə "Green Peace"-i üstünüzə salacam, gözləyin...) Azadlıq Radiosundan Turqut Ərin müsahibəsini dinlədim. Yazdıqlarını bir kənara qoyuram; bir diplomat olaraq, çalışdığı ölkəni bu qədər yaxşı tanıması məndə ona qarşı güclü simpatiya oyatdı. Ümid edirəm, Bakıdakı Türkiyə səfirliyində onun kimi diplomat hələ də var.
Açıq desəm, onun kitabını oxumağa o qədər də həvəsli deyiləm. Səbəb aydındır; "iki üstəgəl iki"nin Azərbaycanda dörd eləmədiyini biz yaxşı bilirik. Kimin hansı yuvanın quşu olduğunu, olmaq istədiyini, ola biləcəyəni, hətta yuvasız quşların da kimlər olduğunu bilirik. Amma elə bir həyasızların əlində qalmışıq ki, öz etdiklərini (5 rayon) başqasının adına etmədiklərini (dövlətin bərpası) öz adlarına çıxırlar. Həyasızı sakitləşdirməyin bir yolu var - şapalaq, onu da, sağ olsun, Turqut bəy "moşnı" tutuzdurub. İndi göndərin tulalarınızı türkiyəli diplomatı qaralasınlar. Dünya təkcə sizin kimi qara dəliklərdən ibarət deyil, hər şeyi özünə yığsın. Ağ dəliklər də var - bunlara isə qara yaxmaq mümkün deyil! Adam qorxmur, deyir onun ölkəsində ədalət var, HAKİM var, MƏHKƏMƏ var. Etirazın var? Ver məhkəməyə! Gətirsin, qoysun qarşına Şaumyanı mədh eləməyini, onu qəhramən adlandırmağını. G*tün çatır, elə. Daha arvad kimi telekanalizasiyada gizlənməyin - onsuz da biz hər dəfə sifonu çəkib üstünüzə p*x tökürük.
Astronomik misallardan birini də yazım: Bir stadiya var ki, ulduz həddindən çox böyüyür, ona "sarı cücə" deyirlər. Ən əzəmətli göründüyü andan kiçiliməyə başlayır - öz içinə çökür. Daxili qravitasiya onu o qədər kiçildir ki, nəticədə adi bir planetdən belə balaca olur ("ağ cücə"). Siz daxildən çökmüsünüz - sadəcə öz xələflərinizə baxın, yetər. Xələfiniz əcəb xələfdir, xəlayiq də "məcnun" deyə tə'n eyləyir! Ölkəni viran qoydunuz, amma özünüz də bundan qaça bilmədiniz. Bu gün oğlunuza, qızınıza baxıb fəxr etməyə çalışın, özünüzlə səmimi olun, heç olmasa. Sizə demirəm ki, məscidə gedib tövbə edin, sonra da kütləvi surətdə istefa verin. Onsuz da eləməssiz. Amma normal mühit yarada bilərsiz, seçkidə uduzmağınızı boynunuza ala bilərsiz. Bu sizi daha faciəli sonluqlardan xilas edər. Diktatorların oğulları həmişə faciəli tale yaşayırlar. Səbəbi çoxdur. Amma bir şey dəqiqdir. Millətlərin tiraniyaya dözmə əmsalı var. Bu əmsal ata tiranın dövründən qalxmağa başlayır, oğlun həyatının sonuna yaxın pik nöqtəyə çatır - bir millət ardıcıl iki tirana dözə bilmir. Sonda alacağı intiqam isə çox vaxt oğula qismət olur. KXDR kimi nüvə silahı və Çin kimi hamin varsa, əlbəttə istisna ola bilərsən, amma unutmayaq Kim Çen İr hələ sağdır - onun axırına da heç kim qarantiya vermir.
Ortada başqa misallar da var. Viktor Yanukoviç kimi; seçkidə uduzduğunu boynuna qoydular. O da adam balası kimi çəkildi, durdu kənarda. İndi də demokratik yolla prezident seçilib. Görək onu avtoritarizmdə günahlandıran var? Halbuki, narıncı inqilab ərəfəsində mafioz deyirdilər.
Amma ləzzət eləyən başqa məqamlar da var: Bu boyda avtoritar iqtidar hansısa bloqqerin çəkdiyi videoya görə zibilə salır özünü. Təxminən, qarışqanın verdiyi badalaqla palçığa yıxılmaq kimi bir şeydi. Sonra da durub qarışqayla mübahisəyə girirsən ki, "nöş mənə sataşdın?!". Diktatora diktatura diktə eləmək kimi çıxmasın, amma adamın səviyyəsi olar e... Bir videoya, yazıya, nə bilim, şeirə görə adamı tutmazlar. Cəhənnəm tutdunsa, buraxmazlar. Öldürmək  - daha yaxşı üsuldu, fakt qarşısında qoyursan.
Düz-əməlli diktatorumuz da olmadı ki, Səddam kimi assınlar, biz də fəxr edək... Dalıyca deyək ki, "düzdü, əli çox qana batmışdı, amma kişi adam idi". Tanrım, niyə hər şeyin zayını bizə qismət eləyirsən? Bizlə zarafatın var? Azadlıqdan Tiranlığa, ordan Viranlığa... bəs ordan hara?

2 comments:

Anonymous said...

Anar garadshim,,hele antireklam ozu boyuk bir reklamdir..Goy etsinler..Eksine insanlarin hegigete meyli daha da artacaq...Birde ki Anar, bu fonu niye gara edirsen,,,mistika var burda,,yoxsa??? Dostum gara fonda oxumag bir az cedtinder..Kitablarda fikir ver..Fon ag olur..Xahish edirem..

ANAR said...

Antireklam doğrudan da reklamdı. Düz qeyd eləmisən. Qara fona gəldikdə isə;
1. Qara rəngi xoşlayıram.
2. Qara fonda oxumaq özümə rahatdı - öz yazılarımı təkrarən oxuyuram - özümə kənardan baxmaq üçün.
Amma doğrudan da çətinlik törədirsə, fonu dəyişmək problem deyil. Sağ ol ki, dedin.