Google Website Translator Gadget

Thursday 21 October 2010

Əsəbi Yazı


Hirslənmək insanın ən təbii haqqıdır. Bu təbii haqqımız nəzarətdən çıxanda çox şey ola bilər. Hirs birinci özümüzə ziyandı. Deyirlər, adamın ömrünü qısaldır, necə ölçürlərsə... Hirsini ya başqasından, ya da özündən çıxartmalısan; Ürəyə salacaqsansa, heç əsəbləri korlamağa dəyməz. Mən variantları bu qədər bilirdim... amma hirsindən televizora baxan adam görmüsüz?! Vəziyyəti öz üzərimdə təsvir edim: Mənim "Yağ kimi" verilişindən zəndeyi-zəhləm gedir, ordakı düşüklükləri görmək məni əsəbiləşdirir və mən hirsimdən həmin verilişə baxıram. Təsəvvür elədiz? Yox? Elə mən də. Amma situasiya bu cürdür. Çox vaxt deyirlər ki, "bəyənmirsən, kanalı dəyiş!" Hansı kanala çevirim axı? Hansı kanalımız normaldı? "Hamının evində peyk anten var, xarici kanallara baxır." De gələ, hamının evində var! Mənim evimdə yoxdu - gətirib quraşdır, deyim oğulsan. Mənim kimi bir çoxunun da evində yoxdu - ölkədəki yoxsulluğun səviyyəsini qeyd etməyə ehtiyac varmı? Dediyim, bizim variantımız yoxdu, yerli kanala baxmalıyıq. Mən televizoru günlərlə sönülü saxlamağı öyrəndim. Boykot etmişdim, baxmırdım. Ətrafdakılara da deyəndə ki, səviyyəsiz verilişlərə baxmasınlar, deyir "hirsimdən baxıram". Baxma, hirslənmə! Söndürün, "qoy o TV-ni söndürüm" oxuya-oxuya getdiyiniz hər yerdə televizoru söndürün. Əks halda, bu qutu sizə nə isə əcaib bir şey göstərəcək - bu 100% olacaq, nəticədə siz də hirsinizdən oturub sona qədər baxacaqsız. Peyk anteniniz yoxdusa, televizoru yalnızca DVD, video kimi şeylər üçün işlədin. O da yoxdusa, əvvəlcə sındırın, sonra tullayın zibilliyə. Qətiyyən satmayın! Kiminsə mənəviyyatının pozulmasında böyük pay sahibi olacaqsız.
Heç kim baxmasın yerli kanallara, bəlkə onda reklamları azalar, bəlkə onda ağıllanarlar. Ağıllanıb səviyyəli verilişlər hazırlayarlar. Daha durub o qutudan mənə qayıtmazlar ki, "siz bilirsiz, o verilişlər necə əziyyətlə başa gəlir?!" Bəs siz bilirsiz, sizin o verilişlər mənə necə əziyyət verir?! Sizin əziyyətlə veriliş ortaya çıxarmanız, həmin verilişin səviyyəsizliyinə bəraət vermir!
Mən TV-ni ancaq kompyuter oynamaq üçün istifadə edirəm, yoxsa ekranın ortasından bir dənə kəllə qoyub aparardım yandırmağa.
P.S. Sizə xudsovet yox e, inkvizisiya lazımdı. Camaatın əsəbini pozmağa utanmırsız?...



2 comments:

Anonymous said...

Anar..Televozoru atmagla hech bir sheye nail ola bilmeyeceyik. Televiziya hele bir virusdur ki, gapidan qovursan, pencereden gelir, pencereden qovursan qapidan..Mence bir az saf churuk etmeye basharsag, qorxulu deyil, baxmag olar. euronews turkce, ulke tv turkce, aljazeera in eng, Birde ki, internet varindirsa neyine lazimdir TV...

ANAR said...

Razıyam, sürətli internet və peyk anten, hətta Play Station olan yerdə bizim yerli kanallardan yaxa qurtarmaq olar. Amma yazıda da qeyd etdiyim kimi, ölkədə az adamın buna imkanı çatır. Şəxsən mənim peyk kanallarına baxmaq imkanım yoxdu - olsa, belə mütlkəq çoxluq bu imkandan məhrumdur. Bu isə onların beynin yuyulmasına səbəb olur.