Google Website Translator Gadget

Thursday 14 October 2010

Türk türkə dəstək?

Azərbaycan - Türkiyə oyunu ətrafında çox diskussiya gedir... Bir şeyi deyə bilərəm: Türkiyəlilər qalib gəlməyi haqq eləmədilər - ən azı onlar bizim "uqlovoy" taktikamızı bilməli idilər - bunu Avropada bilməyən komanda yoxdu! Bizim futbol oynaya bilmədiyimiz şansları göyə sovurmağımızdan görünürdü. Amma yenə də Türkiyəlilər bizdən də pis oynadılar. Seçimdə olsaydım, mən xalı Türkiyəyə verərdim, qoy türk türkün ayağına dolaşmasın, bizdən fərqli olaraq, onlar futbolu bacarırlar. Amma o oyunu ki, Türkiyə göstərdi, o 3 xal heç onların da işinə yaramayacaqdı! Əksinə, qoy oturub düşünsünlər ki, nə gündə olublar ki, Azərbaycana uduzublar! Vurduğumuz qola baxın, tanış gəlmir? Vurduğumuz qolları müqayisə edək; çox variant yoxdu, onsuz da. Sonuncu dəfə Finlandiyaya vurduğumuz qol da eynən bu cür idi. Emin İmaməliyevin vurduğu qol Rəşadın qolundan bir şeydə fərqli idi: Rəşada qədər iki oyunçu topun üstündən adlasa da, Emin də bu bir nəfər idi. Amma bütovlükdə Finlandiya ilə çox gözəl oyun oynamışdıq: Qələbəyə layiq idik. Finlandiyadakı səfər görüşündəki oyunumuz isə heç vaxt yadımdan çıxmaz! 2-1 hesabıyala uduzmuşduq. Hakimin bizim bir təmiz qolu hesaba almaması, üstəlik finlərin 2-ci qolunun haqsız yerə hesaba alınması oyunun taleyini həll etdi. Bax, əsl oyunu o vaxt oynamışdıq. Məğlub olduq, amma super oyun göstərdik - əsl müdafiə oyunu! Əks hücümda oyunumuz çox gözəl qurulmuşdu.
Şahin Diniyevin vaxtı idi... Bizim futbol nə adlardan, nə puldan asılıdır! Oynamaq lazımdır, can qoymaq lazımdır. Üç ildə bir qol vururuq, ona da dövlət qayğısı deyib, adamı pazlayırlar!!! Gəl indi adam kimi azarkeşlik elə də...
Biz 3 xalı haqq etmədik, amma Türkiyə heç etmədi! Türklər (hər iki komanda) məhəllə futbolu oynadı. Məhəllə futboluna görə mübahisəyə dəyməz.
Qaldı ki, Türkiyə türkləri bizi saymır, eybi yox, amma lazım olan anda bizim üçün canlarını verə biləcək bir dövlət varsa, bu Türkiyədir. Bunun sübuta ehtiyacı yoxdur. Həmçinin, biz də onlar üçün.
P.S. S****m qayğıya!

4 comments:

Anonymous said...

Oyunsonrasi sherhchinin qelebeyenin 1 nomre sayesinde qazanilan fikrini men de desteklemirem. En azindan futbolchularin zehmetini yere vurur. Meqaleni beyendim, tebrik edirem!

P. S Aqro sozlere chalish chox fikir verme.

ANAR said...

Həmin oyun mən Azərbaycana azarkeşlik edirdim. Amma şərhçi mənə od qoydu.
Arqo sözlərdən xoşum gəlmir, mümkün qədər az olmasına çalışıram. Amma şərhçi məni yandırdı da, neyləyim?..

Shafa said...

Anar getdikce zemane deyiwir... bir ne4e ilden sora neinki dovletler bir birine hetta insanlarda bir-birine el tutmaqdan boyun qachiracaqlar.... her bir dovlet ozu u4un chalishir. Elecede Azerbaycan. Azerbaycanin hansisa dovlete birlewmesine geldikde ise Azerbaycan o vaxt hansisa dovletin terkibine qatila bilerki eger 1 ve ya 1 ne4e(yeni mehdud sayda) hegemon dovlet diger dovletleri oz hakimiyyeti altinda almaq istesin. Bu ise ne Turkiyedi, ne de Iran... Men bu dovletlerde o potensiali gormurem.

ANAR said...

Şəfa, zaman dəyimir, dəyişən insanlardır. Əmin ol ki, iki min il öncə insanlar daha əclaf, əxlaqsız və murdar olublar. Roma tarixi, Yunan mifologiyası, Lut peyğəmbər haqdakı əfsanələr bunu təsdiq etməyə, məncə, yetər. Ona görə pessimist olma. Sənin dediyin birləşmə işğaldır, mənim dediyim isə inteqrasiya. Türkiyəyə ikinci T.Özal, bizə isə Elçibəy (hər ikisinə rəhmət diləyirəm) yetər ki, yarım qalmış birləşmə prosesi davam etdirilib, son nöqtəsi qoyulsun.
Mən də bilirəm ki, sadə türkiyəlilər bizə aşağı gözlə baxır. Amma axı biz onların gözündə ucalmaq üçün nə etmişik? Bizə hörmət olunmasını istəyirik, amma unuduruq ki, hörməti qazanmaq lazımdır. Şəxsən mənim özbəklərə hörmətim yoxdur, amma qırğızlar artıq məni onlara hörmət etməyə məcbur etdilər.
Bir də ki, narahat olma, mənim bloqumda hətta içində təhqir olan rəyləri də yerləşdirmək olar (, istəyirsən, yoxla :D).